Elvin Namazov answered
Dəndənəkan döyüşü 1040-cı ildə Səlcuq Oğuzları ilə Qəznəvilər arasında baş vermişdir.Səlcuq ordusuna Toğrul bəy və Çağrı bəy, Qəznəvi ordusuna Sultan Məsud başçılıq etmişdir. Döyüşdə Səlcuqlar qalib gəlmişdir. Bu qələbə nəticəsində Səlcuq dövlətinin qurulması və bölgədə hakimiyyəti başlamışdır .
Yagublu answered
23 May 1040-cı ildə 16 min Səlcuq ordusu, 50 minlik Qəznəvi ordusuna qarşı gəldi. Döyüş Mərv və Sərəxs şəhərləri arasında yerləşən Dəndənəkan məntəqəsində baş verdi. Səlcuq ordusu vur-qaç taktikasından istifadə elədi, həmçinin ağır vergilərə görə yerli əhali Qəznəvilərə kömək etmədilər. Nəticədə Qəznəvilərin Xorasandakı hakimiyyətinə son qoyuldu və Səlcuqların İrana, Cənubi Qafqaza və Bizansa yolu açıldı.