Dejavu nədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Normalda eyni anda olan hissiyyat və qəbul etmə prosesi bir-birinə sinxron olmayanda insan “bu anı daha əvvəl yaşamışdım” hissində olur.

Dejavu fransızcada yaşanılan bir hadisənin daha əvvəl yaşamışlıq və ya görülən bir yeri daha əvvəl görmüş olma hissidir. Beyinin yorğunluq hissi və ya başqa səbəblərdən bir görüntü, səs və s. hərhansı bir hissin girdiyi vaxtda qəbul etməməsindən irəli gəlir. Beyin bunu qəbul etdikdə isə həmin insan bu hadisəni ikinci dəfə yaşayırmış kimi olur.

Bundan başqa beyinin sağ yarımkürəsi ilə sol yarımkürəsi milli saniyədən daha kiçik bir zaman fərqi ilə işləməsinə gördə ola bilər. Araşdırmalara görə insanların 50%-dən çoxu həyatlarında ən azı bir dəfə dejavu hissini yaşayıblar.

Deja vekyu - İnsanın hər hansı bir şeyi daha əvvəl etdiyi hissi.

Deja senti - İnsanın deyiləcək söz vəya hərəkti əvvəlcədən bilməsi hissi .

Deja vizit - İnsanın getdiyi yerə daha əvvəl getməsi hissi.

0 points