Tornado answered
Cənub Qərbi Asiya regionundan əsasən Mesopotamiya ovalığından axan dəclə çayı Yaxın Şərqin ən böyük iki çayından biridir.
Uzunluğu 1900 km olan çay Şərqi Tavr dağlarından başlayır. Çay Cəzirə platosunu kəsib keçərək böyük bir ərazidə Mesopotamiya ovalığı ilə axıb Bəsrə şəhəri yaxınlığında olan Əl-Kurna şəhərində Fərat çayı ilə birləşib Şətt-əl-Ərəb adı ilə İran körfəzinə tökülür.
Dəclə çayı əsasən yağış və yeraltı sularla qidalanır. Hövzəsində yağıntının miqdarı çox deyil və əsasən qış aylarında düşür. Ən az suyu aprel-may aylarında olur. Ən böyük qolları Böyük və Kiçik Zab çayları, Diyala, Əl Uzaym çaylarıdır. Çayın üzərində çox sayda bənd tikilərək SES-lər yaradılmışdır.