Daşqın zamanı nə etmək lazımdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çaylarda, göllərdə, su anbarlarında, dənizlərdə suyun səviyyəsinin qalxması nəticəsində ətraf əraziləri basmasına daşqın deyilir. Daşqın gursululuq dövründə suyun səviyyəsinin həddindən çox qalxması nəticəsində baş verir. Buna səbəb mövsümü yağışlar, kəskin istilər nəticəsində qar və buzlağın sürətlə əriməsi, qısa müddətli gur leysan yağışları ola bilər. Ətrafa vurduğu zərərə görə zəif, yüksək, xüsusilə təhlükəli və fəlakətli deyə təsnif olunur.

Daşqın baş vediyi zaman kütləvi informasiya vasitələrini açaraq son məlumarları izləmək, əgər daşqın sizin yaşadığınız ərazidə baş verirsə vaxt itirmədən təhlükəsiz yerə çıxmaq, təhlükə barədə yaxında yaşayanları xəbərdar etmək, qiymətli əşyaları, sənədləri, 2-3 günlük ərzaq, dərman, paltar hazırlamaq, qazı, elektriki, ocağı söndürmək, qapı pəncərələri bağlamaq və evakuasiya məntəqələrinə getmək lazımdır.

0 points