Tornado answered
Daşqın-çay, göl, su anbarları və dənizlərdə suyun səviyyəsinin artması nəticəsində, sosial sahəyə və ətraf mühitə maddi ziyan vurması nəticəsində baş verən təbiət hadisəsidir. Dünyanın bir çox çaylarında tez-tez daşqınlar baş verir. Bunlardan Yantszı, Xuanxe, Qanq, Brahmaputra, Missipi, Ohayo, Dunay, Sena, Rona, Amur və s.
Daşqın leysan yağışları zamanı, yaz vaxtı qar və buzlaqların sürətlə əriməsi zamanı əmələ gəlir və alçaq ərazilərin su altında qalmasına səbəb olur. Daşqınların kəskin xarakter alması ərazinin filtrasiya qabiliyyətinin azalması və ya sərt qış olduqda torpağın donması nəticəsində ola bilər.