Tornado answered
Afrikanın şimalında Sudan ərazisində yerləşən Darfur yaylası Çad gölü ilə Ağ Nil arasında yerləşir. Relyefi maili düzənliklər üzərində Afrika platformasının səthə çıxmış kristallik bünövrəsi və şərqdə nisbətən cavan vulkanik çöküntülərlə örtülüdür.
Hündürlüyü 1000-1500 m-ə bərabər olan yayla quru çay dərələri ilə parçalanmışdır. Bəzən günbəzəbənzər formada kristallik dağ süxurlarından ibarət “Şahid“ dağlara rast gəlinir.
Mərkəzi hissəsində hündürlüyü 3088 metr olan sönmüş Maapa vulkanı yerləşir. Subekvatorial iqlimə malikdir, quraq dövr 8-9 ay davam edir.