Tornado answered
Dalelvan çayı Şimali Avropada İsveç Krallığının mərkəzi hissəsindən axan çaydır. Çay Baltik dənizinin Botnik körfəzinə tökülür.
Dalelvan çayı Yupos kəndi yaxınlığında Esterdalelvan və Vesterdalelvan çaylarının birləşməsindən yaranır.
Dalelvan çayının uzunluğu 220 kilometrə, hövzəsinin sahəsi isə 28 953.8 kv. km-ə bərabərdir. Dalelvan çayının üzərində Burlanq şəhəri yaxınlığında SES tikilib. Əyri və hündür sahilə malik olan bu çayın ancaq 10 kilometri gəmiçilik üçün yararlıdır.