Tornado answered
Cubba çayı şərqi Afrikada Somali ərazisindən axan çaydır. Çay başlanğıcını Efiopiya sərhəddində olan Daya və Qenale çaylarından götürür və cənub istiqamətində axaraq Hind okeanına tökülür. Çay əsasən savannalardan axır. Region yağıntı çox düşdüyünə görə, ölkənin ən məhsuldar ərazisi sayılır. Azsululuq dövrü dekabrdan aprelin ortasına kimi davam edir.