Çu çayı haradadır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Uzunluğu 1186 km olan Çu çayı Qırğızıstan və Qazaxıstan ərazisindən axır. Çu çayı öz başlanğıcını Ters Ala-Too buzlaqlarından və Qırğız silsiləsindən götürür.

Yuxarı axarında İssık-Kul gölü yaxınlığından keçir. Orta axarında Qazaxıstan, Qırğızıstan sərhəddi ilə axır. Aşağı axarında isə Myunqum səhrasında süzülərək yox olur. Gursululuq dövründə çayın suyu Akjaykın gölünə gəlib çata bilir.

Çayın üzərində tikilən su anbarlarından Qırğızıstanda olan Orto-Tokoy və Qazaxıstanda olan Tasotkel su anbarlarını və çoxlu sayda suvarma kanallarını göstərmək olar. Bunlardan görünür ki, çayın suyundan həm suvarmada və həmdə enerji almaq üçün istifadə olunur.

0 points