Başlanğıc meridianla (Beynəlxalq razılaşmaya görə başlanğıc meridian Londonun Qrinviç rəssədxanasından keçən meridian hesab edilir) verilən meridian arasında qalan paralel qövsünün uzunluğuna bərabər olub 0-la 180 dərəcə arasında dəyişə bilir. Qrinviçdən şərqə şərq uzunluğu, qərbə isə qərb uzunluğu hesab edilir.
Coğrafi uzunluq Qrinviç meridianı üzərində 0 və ondan şərqə və yaxud qərbə getdikcə daha böyük qiymət alır. Yəni, məntəqə 0 meridianından nə qədər uzaqda olarsa bir o qədər böyük qiymət almış olur. Məsələn London 0 meridianı üzərində yerləşdiyindən coğrafi uzunluğu 0 olur, Bakı şəhəri 0 meridianından 50 dərəcə şərqdə yerləşdiyi üçün onun coğrafi uzunluğu 50 şərq uzunluğu olur və s.
Coğrafi uzunluğa görə məntəqələr arasında olan məsafəni, məntəqənin yerli və qurşaq vaxtını hesablaya bilərik.
