Tornado answered
Ekvatorla verilən paralel arasında qalan meridian qövsünün uzunluğuna bərabər olub 0-da 90 dərəcəyə qədər dəyişə bilir. Ekvatordan şimala şimal enliyi, ekvatordan cənuba cənub enliyi hesab edilir. Coğrafi enliyi 0 olan paralel ekvatordur, coğrafi enliyi 90 dərəcə bərabər olan paralel isə qütblər sayılır. Coğrafi enliyə görə məntəqələr arası məsafəni, günəş şüalarının yer səthinə düşmə bucağını və s.-ni hesablamaq mümkündür. Bundan əlavə coğrafi enlik və coğrafi uzunluq birlikdə yer üzərindəki hər hansı bir nöqtənin kordinatını müəyyən etməyə imkan verir.