Tornado answered
Yunnan vilayəti Çinin cənubunda yerləşir. Cənubda Laos və Veytnamla, qərbdən Myanma ilə qalan sərhədləri ölkədaxili vilayətlərlə hüdudlanır. Vilayətin çox hissəsi dağlqdır. Yunnan vilayətindən iki böyük çay axır Mekonq və Yantszı çayları.
Əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Puer və ya er adlanan çay növü ilə məşhurdur. Krallar üçün nəzərdə tutulan bu çay 100 ildən çox da saxlanıla bilir. Bundan əlavə çay Çin təbabətində insana güc verən və orqanizmi alkoqoldan təmizləyən maddə kimi də tanınır. Düyü istehsalı da regionun əsas istehsal sahələrinən sayılır. Yunnan vilayətinin düyü terrasları dünyada məşhurdur. Dünyanın çox yerindən fotoqraflar terrasları çəkmək üçün buraya gəlirlər.