Cənubi Amerikada And dağları ilə Sakit okean arasında nazik zolaq kimi uzanan bu ölkə aymara dilində çilli sözündən götürülüb “Dünyanın sonu“ deməkdir.
Ölkənin paytaxtı Santyaqo şəhəri ən sıx məskunlaşmış ərazidir. Ölkənin şimal və cənub qurtaracaqları əlverişsiz ərazi olduğuna görə əhali seyrək məskunlaşmışdır. Dünyanın ən cənubda yerləşən şəhəri Puerto-Uilyams şəhəri və ən cənubda yerləşən yaşayış məntəqəsi Puerto Toro burada yerləşir.
Əhalisinin əksəriyyətini metislər təşkil edir. Təxminən 25-30 %-ni avropalılar, çox az bir hissəsini isə hindular təşkil edir.
Ölkənin iqtisadiyyatında əsas yeri dağ mədən sənayesi mis çıxarılması (mis istehsalına görə Çili öndə gedən ölkələrdəndir), metallurgiya, ağac emalı, yeyinti, kənd təsərrüfatı, balıq ovu tutur.