Ceyms Kuk kimdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ceyms Kuk ingilis dəniz səyyahıdır. Sakit Okeanda etdiyi səyahətlər və kəşfləriylə məşhurdur. Yorkşir əyalətində anadan olmuşdur. İlk dəfə "Gerkules" ticarət gəmisində kömür daşıyan olaraq fəaliyyətə başlamışdır. Boş vaxtlarında kitab oxuyan Ceyms əsasən coğrafiya, astronomiya, naviqasiya, riyaziyat elmlərinə maraq göstərirdi. 18 yaşından işləmiş 1755-ci ildə ona gəmini idarə etməyi təklif etsələr də o buna razı olmayıb 1755-ci il 17 iyunda Kral dəniz donanmasına matros kimi işə düzəldi. 

Ceyms Kuk 3 dünya səyahəti etmişdir:

İlk ekspedisiyası Naməlum torpağı tapmaq məqsədi ilə 1768-1771-ci illərdə olmuşdur və bu zaman Yeni Zelandiyanın iki adasının müəyyən edilməsi, onun ayrı-ayrı adadan ibarət olduğunu, Avstraliyanın şərq sahillərinin tədqiqi və xəritəsinin çəkilməsi, Yeni Qvineyanın Avstraliyadan ayrı olması müəyyən olunub.

İkinci ekspedisiya 1772-1775-ci illəri əhatə edir. Bu səyahət zamanı ilk olaraq 17 yanvar 1773-cü ildə cənub qütb dairəsini keçmiş, mülayim qurşağın sularında böyük torpaq sahələrinin olmadığı qənaətinə gəlmişdir. O, bu ekspedisiya zamanı səhv nəticəyə gələrək Cənub qurusunun olmadığını söyləmişdir.

Üçüncü ekspedisiya 1776-79-cu illərdə Atlantik okeanından Sakit okeana yol axtarmaq məqsədi ilə Şimali Amerikanın Alyaska sahillərini tədqiq etmiş, Prins Uels burnunu kəşf etmişdir. Geriyə dönərkən Havay adalarını kəşf edir və yerli sakinlərlə münaqişə zamanı öldürülür.

0 points
Vaqif Yusubov answered

QƏDİM İNGİLİS SƏYYAHIDIR

0 points