Tornado answered
Cərəyanların isti və ya soyuq olması ətraf suyun temperaturuna görə müəyyən edilir.
Əgər cərəyanın axıtdığı suyun temperaturu ətraf suya nisbətən istidirsə onda isti cərəyan, soyuqdursa bu zaman soyuq cərəyan adlanır. Məsələn, Şimali Atlantika cərəyanının axıtdığı su +5 +8 dərəcə olduğu halda Bengel cərəyanında +16 və ya +20 dərəcəyə çatır və buna baxmayaraq Şimali Atlantika isti, Bengel isə soyuq cərəyandır.