Çennai (Mədrəs) şəhəri hansı ölkədədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Hindistan Respublikasının cənub şərqində Benqal körfəzi sahillərində yerləşən Çennai şəhərinin əsası 1639-cu ildə qoyulmuşdur. Şəhər Tamiland ştatının mərkəzi olub ölkənin dördüncü böyük şəhəridir.

Ərazisi düzənlikdir. Şəhərdən iki çay axır Kuvam və Adyar. Sahil zonada 12 km-lik çimərliyə malikdir. Subekvatorial musson iqlimə malikdir. İllik yağıntının miqdarı 1300 mm təşkil edir. İsti və rütubətlidir.

Əsas liman şəhəridir, Hindistanın avtomobil mərkəzi sayılır, hərbi zavodlara malikdir, güclü maliyyə və banksistemi fəaliyyət göstərir.

0 points