Cenevrə şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cenevrə şəhəri İsveçrə və Fransa sərhəddində yerləşən Leman (Cenevrə) gölü sahlindədir. Əhalisinin yarısı xaricilərdən ibarət olan bu şəhər bir çox Beynəlxalq təşkilatlara ev sahibliyi edir. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və s. Cenevrə şəhəri həm də dünyanın maliyyə mərkəzi sayılır.

Rona çayı çəhəri iki hissəyə bölür. Sağ sahildə Millətlər sarayı, dəmiryol vağzalı və 140 metrlik fantan, sol  sahildə isə Müqəddəs Petra kafedralı yerləşir.

Cenevrə şəhərinin iqtisadiyyatının əsasını xidmət sahələri təşkil edir. Saat istehsalı ənənəvi sahə sayılır və dünya üzrə çox məşhur saat markaları bu şəhərdədir. Bunlardan Patek Phillipe, Frank Müller, Swatch, Omega, Piaget.

0 points