Tornado answered
Dəniz səviyyəsindən 2750 m hündürlükdən, Cefferson dağlarından başlanan Cefferson çayı Missuri çayının başlanğıcını təşkil edən 3 çaydan (Ceferson, Medison, Qallaatin) biridir. Çay ABŞ-ın Montana ştatının ərazisindən axır. Çayın uzunluğu 134 km-ə, Red-Rok çayı ilə birlikdə götüdükdə isə 375 km-ə bərabərdir.
Cefferson axdığı ərazinin relyefindən, süxurlarından asılı olaraq müxtəlif yerlərdə fərqli quruluşa malik dərələr yaradır. Çay orta axarında dar kanyon dərələr yaradır. Burada ərazinin təbii vəziyyətini qorumaq məqsədi ilə qoruq yaradılmışdır.
