Cəbhə yağışları fərqli xüsusiyyətə malik hava kütlələrinin qarşılaşdığı zaman yaranan yağışlardır. Cəbhə zonası üfüqi istiqamətdə 1000 kilometrlərlə ərazini əhatə edə bilir. Onların şaquli istiqamətdə qalınlığı 5 kilometrdən çox olmur. Bu zona temperaturun və rütubətin kəskin dəyişməsi ilə səciyyələnir. Bu fərqli hava kütlələri arasında çox da qalın olmayan cəbhə xətti (100 metrlərlə ölçülən) yaranır ki, bu da üfüqi istiqamətdə geniş ərazini əhatə edir.
İsti hava soyuq hava üzərinə hərəkət etdiyi zaman isti cəbhə yaranır ki, bu zaman isti hava cəbhə boyu soyuq havanı sıxışdıraraq ona yaxınlaşır və onun üzərinə qalxararaq lələkvari laylı, yüksək laylı, laylı yağış buludlarının yaranmasına səbəb olur, yağış yağması ilə nəticələni, bəzən yağış yağmaya da bilər.
Soyuq cəbhə zamanı soyuq hava kütləsi isti havanın olduğu əraziyə daxil olur və isti hava yüngül olduğuna görə yuxarıya qalxır və lələkvari topa, topa və topa yağış buludlarının yaranmasına, şimşək və göy gürultusu ilə müşayiət olunan leysan tipli yağış yağmasına səbəb olur.