Tornado answered
Çay dərələrinin yamaclarında pillələr şəklində əmələ gəlmiş düzənliyə oxşar sahələrə çay terrasları deyilir. Çaylarda terrasların yaranması tektonik hərəkətlərdən, iqlim dəyişkənliyindən, eroziya bazisinin yer dəyişməsindən və s.-dən asılıdır.
Çayın mənsəbində tektonik qalxma baş verdikdə meyllik və axın sürəti artdığına görə dib eroziyası güclənir və cayın axdığı köhnə yataq subasara çevrilərək allüvial çöküntülərlə örtülür. Bu hadisə terrasın yaranmasına səbəb olur.
Çay terraslarının uzunluğu enindən dəfələrlə çox olur. Terraslar çayın bir və ya hər iki sahilində müşahidə edilə bilir. Çay dərəsinin ən yuxarısında olan terras ən qədim terras hesab olunur.