"Bylock" nə deməkdir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Bylock (Baylok)  Android və İOS sistemləri  üçün yaradılmış mesajlaşma və danışıq üçüm istifadə edilən  bir tətbiqetmədir. Tətbiqetmə istifadəçisi üşün aşağıdakı imkanları yaradır. Birincisi tətbiqetməni istifadə edənlərin mesajları oxunmur. İkincisi mesajlar yazıldıqdan müəyyən müddət sonra silinir. Bu tətbiqetmə hərbi müdafiə sistemlərinin şifrə sistemi ilə şifrələnmişdir. Şifrəsinin qırılması üçün isə kəşfiyyat idarələri səviyyəsində bir sistem lazımdır.  Bundan əlavə tətbiqetməni istifadə edənlərin kimliyi sadəcə bir-birlərinə məlum olurdu. Bunun üçün hər iki istifadəçi yazışmanı  göndərilən kod ilə təsdiq etməli idilər.

Tətbiqetmə Amerikada yaradılmışdır. Türkiyə dövlətinin Milli Kəşfiyyat İdarəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdurki tətbiqetmə Fətullah Gülən Terror Təşkilatının əli ilə yaradılıb. Amerikada kağız üzərində David Keynesin adına görünən şirkətdə yaradılan tətbiqetmə əslində Gülən tərəfdarları üçün imiş. Gülənlə əlaqəli polis əməkdaşlarının əlaqəsi üşün istifadə edilən tətbiqetməyə Türkiyə dövlətinin Milli Kəşfiyyat İdarəsinin cəhdi ilə, Litvadakı serverlərinə daxil olunaraq 18 milyon yazışma və 3.5 milyon elektron poçt məktubu ələ keçirilmişdir.

0 points