Murguz Safarov answered
Müxtəlif səbəblərdən qaynaqlanan burun qanaxmalarına tibbi dildə epistaksis deyilir. Gənc insanlarda ümumiyyətlə yetkinlik dövrlərində, gənc qızlarda isə daha çox aybaşı qanaxmaları əsnasında görülür. Bəzəndə yüksək təzyiqin səbəb olduğu burun qanaxmaları vardır. Gənclərdə görülən və əhəmiyyətli olmayan burun qanaxmaları çox asan dayandırılır və heçbir problem yaratmır. Təzyiq yüksəkliyindən qaynaqlanan və ümumiyyətlə orta yaşlarda görülən burun qanaxmalarını dayandırmaq isə bir az çətindir.
Burun qanaxmaları zamanı ediləcək ilk yardım xəstəni dərhal oturtmaq, başını önə doğru yüngülcə əyib, burunun qanayan dəliyini on dəqiqə sıxmaq, bu vaxt ağızdan nəfəs alması və udqunması lazımdır.