Burun qanadıqda nə etmək lazımdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Burun qanadıqda başınızı arxaya doğru tutmayın. Belə etmək qanaxmanı boğaza axıdır. Udduğunuz qan mədə bulandırır və qusmaya səbəb ola bilir. Yada ciyərə düşüb boğulmağınıza səbəb ola bilər.

Ən yaxşı müalicə dik şəkildə oturub başınızı azacıq önə əyməkdir. Başı dik tutmaq axan qan miqdarını azaldır. Önə əyilmək isə qanın burundan rahat şəkildə çıxmasını təmin edir.

Baş və işarət parmaqlarınızla burnunuzun yumşaq qismini 5-10 dəqiqə sıxaraq dura bilərsiniz. Bu qanın laxtalanmasını tezləşdirir. Burun qanaxması 20 dəqiqədən çox davam edirsə və ya hanısısa travma ilə əlaqədardırsa həkimə müaciət etmək şərtdir. Burun qanaxmasının elmi adı epistaksisdir. Yunanca “yuxarıdan damlamaq” mənasına gəlir. Qadınlarda yüksək estorogen səviyyəsinə görə artan təzyiqlə burun damarlarında çatlama ola bilir.

0 points