Tornado answered
Cənubi Karpat dağlarının bir hissəsi olan Buçeqi dağı Rumıniyanın Dımbovitça, Prahova, Braşov vilayətlərinin ərazisində yerləşir.
Dağın ən hündür zirvəsi hündürlüyü 2005 metr Omul dağıdır.
Külək eroziyası nəticəsində məşhur Prahova dərəsində Sfinks və Babela kimi təbii qaya heykəllər yaranmışdır. Burada “Karpatın incisi“ adlanan Sinaya istirahət mərkəzi dağ xizək və qış idman növləri ilə məşğul olan insanlar üçün çox maraqlıdır. Dağda olan əsas görməli yerlərə Peleş qalası, Pelişor qalası, Sinaya monastırı və s. aiddir.