Murguz Safarov answered
Ağciyərlərə gedən hava yollarının iç üzündəki pərdənin iltihablanmasıdır. Kəskin və xroniki olaraq iki qrupa ayrılırlar.
Kəskin Bronxit: Ümumiyyətlə qrip, qızılca, boğmaca və ya tifo kimi xəstəliklər əsasında görülə bilir. Sisli və soyuq havalarda çox narahat olurlar. Xəstəliyin başlağıcında quru öskürək, az yapışqanlı bəlğəm, sonraları irinli bəlğəm ilə subferil temperatur və halsızlıq görülür.
Xroniki Bronxit: Bu növ bronxitdə hava yollarının vəziləri böyümüşdür. Hər iki bronxitdə ediləcək ilk iş siqareti atmaq və istirahət etməkdir.