Tornado answered
Polşa Respublikası ilə sərhəddə, mühüm dəmir yolları və avtomobil yolları üzərində yerləşən Brest şəhəri Belarusiya Respublikasının Brest vilayətinin inzibati mərkəzidir.
Brest şəhəri mülayim kontinental iqlimə malikdir. Yumşaq qışı və mülayim yayı ilə fərqlənir. İlin yarıdan çoxu yağıntılı keçir.
Brest cənub qərbi Belarusiyanın böyük emaledici sənaye mərkəzidir. Bu müəssisələrdən elektromexanika zavodu, elektrotexnika zavodu, elektrolampa zavodu, yüngül və yeyinti sənayesi məhsulları istehsal edən müəssisələri göstərmək olar. Şəhər ərazisində azad iqtisadi zona fəaliyyət göstərir.