Braziliya fıstığı nədir?
Braziliya fıstığı (Anacardium occidentale) - püstəkimilər fəsiləsinin anakardium cinsinə aiddir.
Tropik iqlimdə yetişir. Braziliyada yetişdirilmiş portuqallar tərəfindən dünyaya yayılmışdır. Ən çox ekvator ətrafında yetişir.
16-ci əsrdə portuqal dənizçiləri bu bitkinin toxumunu Braziliyadan qərbi Afrikaya gətirdilər. İqlim oxşarlığı səbəbiylə Afrikanın cənubunda və qərbində bir çox ölkədə yayılıb. Mozambik, Kenya, Qabon, Anqola, Namibiyada və Tanzaniyada yayılıb.
Braziliya fıstığı Braziliyadan və Afrikadan başqa Hindistandada yetişdirilir. Hal hazırda dünyada braziliya fıstığını ən çox istehsal və ixrac edən ölkə Hindistandır. Braziliya isə bu sırada ikincidir, Afrika 3-cü.
Hindistanda mayda, Braziliyada isə oktyabrda meyvə verir. Meyvəsi çox tez çürüdüyü üçün iqtisadi dəyəri yoxdur. Fıstığın bu qədər baha olması hər iqlimdə yetişdirilə bilməməsi və hər bir meyvəsində yalnız 1 fıstığın olmasıdır. Dünyada ən böyük Braziliya fıstığı ağacı Braziliyanın Parnamirim şəhərindədir.