Tornado answered
Braşov şəhəri Rumıniyanın Tsara-Brısey tarixi vilayətinin ən böyük və mərkəzi şəhəridir. Şəhərin adı bir neçə dəfə dəyişdirilib, belə ki, əvvəllər Kronştad adlandırılıb, sonralar isə Oraşul-Stalin (İosif Stalinin şərəfinə) və sonra Braşov adlandırılıb.
Köhnə şəhərdə orta əsr arxitekturası üstünlük təşkil edir. Burada olan memarlıq abidələri içərisində əsas yeri Qara kilsə tutur.
Poyana Braşov dağ xizək kurortu da daxil olmaqla 15 rayona ayrılır. Şəhərdə dəmiryol stansiyası, 3 avtovağzal, təyyarə limanı fəaliyyət göstərir.