Tornado answered
Böyük Duzlu göl ABŞ-ın qərbində, Yuta statının şimal qərbində yerləşir.
ABŞ gölləri içərisində böyükllüyünə görə 6-cı yeri tutur. Gölün suyu yağıntıdan asılı olaraq dəyişir. Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşir.
Gölün şərq hissəsi qərbinə nisbətən zəif məskunlaşıb. Üzəri ilə Union Pacific Railroad dəmiryolu xətti keçən bənd gölü iki hissəyə ayırır. Cənub hissədə suyun səviyyəsi daha çox olur.
Axarsız göldür. Gölə çoxda böyük olmayan çaylar tökülür. Bunlardan Ber, Beber, Cordan və s. Ən böyük adası Antilop adasıdır. Göldən qlauber duzu və xörək duzu istehsal olunur.