Tornado answered
Bəşər cəmiyyətinin insanlığa verdiyi ən böyük töhfələrdən biri də böyük Çin səddidir. Uzunluğu 4250 km-dan çox olan Çin səddi Sarı dənizin Lyodun körfəzi sahillərindən başlayaraq Qobi səhralarından keçməklə Çinin şimalı boyunca uzanır.
Çin səddiIlk dəfə eramızda əvvəl 221-ci ildə Çin imperatoru Çin-Şi Xuandi tərəfindən tikilib. Tikinti on ilə tamamlanıb. Tikinti zamanı əvvəlcə birbirindən aralı 25 min qüllə tikilib və sonra onların arası eni 5 metr və ya 5.6 metr olmaqla 7 və ya 10 metr hündürlüyündə hasar çəkilmişdir. 400 mindən çox işçi tikinti zamanı həlak olmuşdur. XV-XVI əsrlərdə sədd yenidən bərpa edilərək dövrümüzə qədər saxlanılmışdır.