Tornado answered
Şimal Buzlu okeana aid olan Bofort dənizi Şimali Amerika materikinin şimal qərbində yerləşir. Bofort dənizinə tökülən ən böyük çay Makkenzi çayıdır. Bundan başqa dənizə çoxlu sayda orta və kiçik ölçülü çaylarda tökülür.
Makkenzi çayı Makkenzi körfəzinə tökülür və böyük delta əmələ gətirir. Dənizdə bir neçə buxta və körfəz əmələ gətirir. Dənizin duzluluğu 28%o-32 %o arasında dəyişir.
Dəniz ilin çox vaxtı buzla örtülü olur. Dənizdə 70 növdən çox bitkisəl planktonlara, 80-dan çox heyvansal planktonlara, 700-dən çox xərçəngkimilərə və molyuskalara rast gəlinir.