Tornado answered
Türkiyə ərazisində Egey dənizinin sahilində Göyoba buxtasında Muğla vilayətinin Bodrum şəhərindədir. Çimərlik Antaliyadan 300 km qərbdə yerləşir. Beynəlxalq dərəcəli kurort sayılır.
Bodrum çimərliyi tərtəmiz suyu, səliqəli və təmiz sahillərı, səs-küydən uzaq, insanı həqiqi mənada dincəldə biləcək bir yerdir. İqlimi mülayim aralıq dənizi iqlimidir. Egey dənizindən gələn sərin hava buranın havasını Aralıq dənizi sahillərindən daha yaxşı olmasına səbəb olur. Yay quraq qış isə yağıntılı keçir. Qar çox nadir hallarda yağır. Turistləri çimərlikdən əlavə Bodrum qalası, Movzoley, antik teatr, Mindos qapısı kimi tarixi abidələr də cəlb edir.