Dünyada sülh və təhlükəsizliyi qorumaq məqsədi ilə BMT-nin Təhlükəsizlik Şurası yaradılmışdır. Təhlükəsizlik şurasına 15 dövlət daxildir. Bunlardan 5-i daimi üzv olub, buraya Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa daxildir.
10 dövlət isə BMT-nin Baş Assambleyası tərəfindən 2 il müddətinə seçilməklə hər il 5 üzvü dəyişdirilir. Bu qayda BMT-nin nizamnaməsində 17 dekabr 1963-cü il qətnaməsinə 1995-ci il Baş Assableyanın XVIII sessiyasında düzəliş edilərək o vaxta qədər olan 6 dəyişən üzvün sayını 10-a çatdırmışlar. Bu üzvlər coğrafi əraziyə uyğun olaraq aşağıdakı kimi seçilir: 5 üzv Afrika və Asiyadan; 2 üzv Latın Amerikasından; 1 üzv Şərqi Avropadan; 2 üzv Qərbi Avropadan və başqa ölkələrdən seçilə bilər.
Təhlükəsizlik Şurasının sədri hər ay orada olan dövlətlərin adlarının ingilis əlifbası əsasında sıralanmasına əsasən seçilir.