Bled gölü haradadır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bled gölü Sloveniyanın istirahət şəhəri olan Bled yaxınlığında yerləşir. Göl okean səviyyəsindən 475 metr yüksəklikdə yerləşir. Buzlaşma dövrünün sonunda Bogin buzlağının mövcud tektonik çuxura düşməsi nəticəsində daha da dərinləşərək ərimiş buzlaq suları ilə dolaraq yaranmışdır. Bu gölün uzunluğu 2120 metr, eni 1380 metr, maksimal dərinliyi 30.6 metrdir. Hündür dağlar kənardan gələn hava axınının qarşısını aldığından gölün dərəsində mikroiqlim formalaşır və bunun nəticəsində gölün suyunun temperaturu 25 dərəcəyə qədər yüksələ bilir.

Gölün üzərindəki adada çox da böyük olmayan gölün üzərində olan məşhur Marin kilsəsi 130 metr hündürlükdə olan qayanın üzərində tikilib yerləşir. Qala adaya getmək üçün “plent“ adlanan ənənəvi taxta qayıqdan istifadə edirlər. Bura turistlərin görmək istədiyi yerlərdəndir.

0 points