Birləşmiş Millətlər Təşkilatı nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Birləşmiş Millətlər Təşkilatı dünya üzərindəki ən çox ölkəni birləşdirən təşkilatdır. 1945-ci ildə 24 oktyabrda BMT olaraq qurulmuşdur. Qurulma məqsədi dünyada sülhü qorumaq ölkələr arasında iqtisadi, mədəni və cəmiyyət birliyini yaratmaqdır. İlk qurulduğunda 51 dövlətin daxil olduğu təşkilata hazırda 193 ölkə daxildir. Birləşmiş Millətlər Təşkilatının qərargahı Nyu Yorkda yerləşir.

İlk dəfə təşkilatın yaranma fikri ikinci dünya müharibəsi zamanı Franklin Delando Ruzvelt tərəfindın irəli sürülmüşdür. Birləşmiş Millətlərin rəsmi dilləri: Ərəb, Çin, Fransız, İngilis, İspan və Rus.

BMT katibləri : Trüqve Halvdan Li (Norveç) 1946, Daq Hammarşeld (İsveç) 1954, U Tan (Birma) 1961, Kurt Valdhaym (Avstriya) 1972, Havyer Peres de Kuelyar (Peru) 1982, Butros Butros Qali (Misir) 1992, Kofi Annan (Qana) 1997, Pan Gi Mun (Koreya Respublikası), Antoniu Qutyerreş (Portuqaliya) 2016.

0 points