İkinci dünya müharibəsindən əvvəl BƏƏ-nin əsas gəlir mənbəyi qaçaq mal ticarəti idi. Avropadan gətirilən mallar gizli yolla Cənub və Cənub Şərqi Asiyaya, oradan isə qiymətli qaş-daş və müxtəlif metallar Avropaya daşınırdı. O zamanlar neft ölkə üçün ikinci dərəcəli əhəmiyyət kəsb edirdi.
İkinci dünya müharibəsindən sonra ölkənin "sıçrayışla" inkişafı baş verdi. Bunun əsas səbəbi yerli hakimiyyətin ağıllı və uzaqgörən siyasəti olmuşdur. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatını dərindən analiz edərək, baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirmə bacarığı və uzaqgörənliyi ölkənin iqtisadi vəziyyətini təmamən dəyişdirdi.1970-ciillərdə neftdən gələn gəlirin yuxarı olduğu zamanlarda neft çıxaran qonşu ölkələrdən fərqli olaraq BƏƏ lazımsız obyektlərin tikintisinə vəsait ayırmamışdır. Əsasən əsaslı, gələcək üçün yararlı və uzunmüddətli müəssisələrin tikintisinə yer vermişdi.
Neft-qazın istehsalı ilə əlaqədar olaraq müasir texnika və avadanlıqlarla təchiz edilmiş neft emalı və neft-kimya müəssisələri, alüminium, sement zavodları, maye qaz istehsalı müəssisələri, su təmizləyici qurğular, poladəritmə zavodları, mineral gübrə və yuyucu maddələr istehsalı müəssisələri tikilmişdir.Yüngül və yeyinti sahələrinin inkişafındada yenilikləri tətbiq etmişdir.