Bir saat niyə 60 dəqiqədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qədim dövürlərdə zamanı əslində səmaya baxaraq bilirdilər. Günəşin yerini dəyişməsinə görə günün vaxtlarını, təbiətdəki dəyişiliklərə görə fəsilləri, Ayın formasına görə isə həftələri təyin edirdilər.

60-lıq sistemdən Şumerlərın vaxtında istifadə edilməyə başlanmışdır. Bundan başqada say sistemlərindən istifadə ediblər. Hal-hazırda riyaziyyat 10-luq say sistemi üzərində qurulmuşdur. Şumerlərin istifadə etdikləri isə 12-lik və 60-lıq say sistemi idi. Bunun səbəbi tam olaraq bilinməsədə bu haqqda bir neçə teoriya mövcuddur.

Şumerlərdən sonra Babil krallığı yarandı. Eramızda əvvəl 18-ci yüzillikdə babillər dairəni 360 dərəcə olacaq kimi bölüblər. Buda astronomiyanın daha çox inkişaf etməsinə səbəb oldu. Bu dövürdə Ay, Günəş tutulmalarının belə vaxtlarını əvvəlcədən bilirdilər.

Böyük İskəndər babillərin elminin Yunanıstan və Hindistandada yayılmasına kömək etdi. Ancaq yunan say sistemi bizim indi istifadə etdiyimiz 10-luq say sistemindən ibarət idi. İki əsr sonra İskəndəriyyəli Ptolemey dərəcə və kordinatları yenidən bölərək 60-lıq zaman ölçü sistemini yaratdı. Beləliklə saatın 60 dəqiqə, dəqiqənin 60 saniyə olaraq qəbul edildi.

0 points