Bəzi insanların pozitiv, bəzilərinin isə neqativ enerji vermələrinin səbəbi nədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Onu deyə bilərəm ki, heç bir insan pozitiv və ya neqativ enerji ilə doğulmur. Bunu aydın başa düşmək üçün ən böyük nümunə uşaq gülüşü, sevinci və səmimiyyətidir. Pozitiv və ya neqativ olmaq isə sonradan yaranmış bir haldır. Mənim fikrimcə aciz və iradəsiz insanlar həmişə özlərində neqativ fikirlər formalaşdırırlar. İnsanlarn çox işlətdiyi bir ifadəni xatırlatmaq istəyərdim "bir gülüşünə dünyanı bağışlayardım". Görün ətrafımızdakılara verdiyimiz pozitiv enerji nə dərəcədə yüksəkdir. Həqiqətən də hər zaman pozitiv insanların uğurları çox olur. Çünki bu insanlarda özünə inam hissi, arzularınin həyata keçəcəcəyinə inam, başladığı işi axıra çatdıra bilmə bacarığı (hansı ki, bunu da insan özü özündə formalaşdıra bilir) çox güclü olur.

Səbəb isə çox sadədir. Heç kim deyə bilməz ki, hyəatında çətin, xoşagəlməz bir dövrü olmayıb. Bütün insanlarda həyatının müəyyən dövründə bu an və ya zaman olur. Bəziləri, hər çey ola bilər, bu nədi ki, bundan da çətin hallar olur deyərək həyatına davam edir, yəni, sadəcə olaraq bu ağırlığı üzərinə yığmır və özündə yaratdığı bu ağırlığı başqalarına nəql etmir.

Digərləri isə çox kiçik bir çətinliyi dağ boyda edərək səhərdən axşama kimi ətrafındakı insanlara mənfi enerji yayır və onların da rahatlığını pozur. Sadəcə rastlaşdığı heç bir çətinlikdən yaxa qurtara bilmir və buna çalışmır. Halbuki, insan özü özündə ruh yüksəkliyi yarada bilmə bacarığına malikdir, istədikdə hər bir insan bu bacarıq sayəsində özündə pozitiv hisslər yarada bilər.

0 points
Fərəc Cəfərov answered

Cavab üçün teşekkür edirem

0 points
Yagublu answered

Çox maraqlı sualdır. Məncə insanın pozitiv vəya neqativ enerjisinin səbəbi, onun keçmişdə yaşadıqları ilə çox bağlıdır. Demək olar ki, bütün aura, enerji insanın keçmişi, düşüncə tərzi, daha çox nəyə vaxt ayırmağı və dünyaya hansı bucaqdan baxmağından asılıdır. Bəzən insanı görər görməz, nə isə uyğunlaşmadığını hiss edirsən, amma səbəbini bilmirsən.

Danışdığın insanın yanında vəya söhbət əsnasında özünü uyğunsuz, qeyri səmimi vəya rahat hiss etmirsənsə, problem böyük ehtimal insanın aurasındadır. Həmin insanın keçmişi ilə əlaqədardır. Yəni balaca uşaqlarda heç vaxt elə mənfi enerji hiss eləyə bilməzsən. Həmişə açıq, sənə qulaq asıb kömək etməyə çalışan, gülən və səni rahat hiss etdirən insanlar isə tam tərsinə uşaqlar kimi müsbət enerji yayırlar.

Əgər həmin mənfi enerjili insanları görmək məcburiyyətiniz vardırsa, onda çalışın həmin mənfi enerji sizə təsir eləməsin. Və ünsiyyətdə həmin insanın müsbət cəhətləri üzərində fikrinizi toplamağa çalışın. Siz onları bir dəqiqəyə dəyişə bilməzsiniz, amma öz auranızı 100% kontrol edə bilərsiniz.

Birdə mənfi enerji, gələcəyə çox böyük təsir edir. Demək olar ki, sizin gələcəkdə uğurunuzu indiki baxış bucağınız müəyyən edir. Elmi olaraq da, gələcəyə pessimist olaraq baxmağınızın sizin sağlamlığınıza təsir etdiyi müəyyən edilib. Həmişə ən yaxşı nəticəyə inanın və ona çatmağa çalışın. Tutaq ki 100 çatmaq istədiyiniz nəticədir, siz heç nə etməsəniz 0 nəticə olacaq, 100-ə fokuslansanız, çatmasanız belə nə isə nəticə olacaq və həmin nəticə sizin gələcək uğurlarınıza daha da yaxın edəcək.

0 points