Berqştrix nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Planda və topoqrafik xəritələrdə relyefi əsasən horizontallarla təsvir edirlər. Bu zaman ərazinin qabarıq və ya çökək olduğunu göstərmək üçün horizontalların üzərində kiçik xətt çəkirlər. Horizontalla perperndikulyar olaraq çəkilmiş bu kiçik xəttlərə berqştrix deyilir.

Əgər berqştrix çölə doğru qoyulubsa təpə, içəriyə doğru qoyulubsa çökəklikdir. Beləliklə biz berqştrixə görə yamacın meyl istiqamətini, səth sularının axım istiqamətini təyin edə bilərik.

0 points