Berinq boğazı Avrasiya ilə Şimali Amerika materiklərini bir birindən ayıran boğazdır. Berinq boğazı həm də sakit okeanla Şimal Buzlu okeanı bir-biri ilə birləşdirir. Boğazın ən ensiz yerində eni 86km, maksimal dərinliyi isə 91 metrə bərabərdir. Baxmayaraq ki, boğazı ilk dəfə 1648-ci ildə Semyon Dejnyovun ekspedisiyası üzüb keçmişdir ancaq onun adı 1728-ci ildə boğazdan keçmiş rus dənizçisi Vitus Berinqin adı ilə adlandırılmışdır.
Boğazda Rusiyaya məxsus olan Ratmanov və ABŞ-a məxsus Kruzenştern adası yerləşir. İki ölkə arasında sərhəd bu adaların ortasından götürülür. Adalar arasında 4 km məsafə vardır. Buradan həm də 180 dərəcəlik meridian keçdiyinə görə günün dəyişmə vaxtı buradan hesablanır.
Antropoloqlar Amerikanın yerli əhalisi olan hinduların 10 min il bundan əvvəl Berinq boğazından keçib getdiklərini deyirlər.