Tornado answered
Avropanın nisbətən qədim şəhərlərindən biri olan Belqrad şəhəri Serbiyanın paytaxtıdır. Şəhər Sava çayının Dunay çayına töküldüyü yerdə yerləşir. Əvvəllər Singidium adlandırılan bu şəhər eramızdan əvvəl III əsrdə kelt tayfaları tərəfindən yaradılmışdır. Sonralar romalılar, avarlar və slavyanlar tərəfindən idarə olumuşdur.
İqlimi rütubətli subtropik olub isti yayı və mülayım qışı ilə səciyyələnir. İllik yağıntı 700 mm-ə bərabərdir.
Belqrad şəhəri Keçmiş Yuqoslaviya ölkələri içərisində ən böyük şəhərdir. Şəhər Serbiyanın iqtisadi və mədəniyyət mərkəzidir. İqlimi rütubətli subtropikdir. İsti yay və yumşaq qışı ilə xarakterizə olunur.
Əhalisi çoxmillətlidir burada böyük Çin diasporası fəaliyyət göstərir. Ölkənin ən inkişaf etmiş ərazisidir.