Xəzər dənizinin şimalında və Volqa çayının şərqində yerləşən Baskunçak gölü Rusiya Federasiyasının Həştərxan vilyətinin Akhtuba rayonunda, dəniz səviyyəsindən -21,6 m aşağıda yerləşən duzlu göldür. Gölün duzluluğu hər litirdə 300q-a çatır. Elə bu səbəbdən də göldə ancaq duzadavamlı bakteriyalar yaşayır. Göl özünəməxsus olan çuxurunu duzdağının üzərində yaradnıb. Gölün altında 6km dərinliyə qədər duz var.
Baskunçak gölündə duz iltehsalı hələ VIII əsrdən mövcud idi. Buradan çıxarılan duzu İpək yolu ilə daşıyırdılar. 1960-1963-cü illərdə sürət yarışları keçirmək üçün göldə 20 km lik dairəvi yol salınmışdı. Burada keçirilən yarışmalarda 29 sürət rekordu qırılmışdır ki, bunlardan 19-u beynəlxalq rekord idi. Ən yüksək ittifaq rekordu saatda 311.6 km olmuşdur. Ancaq duz istehsalının artması, gölün hidroloyi vəziyyətinin pisləşməsi burada yarışların keçirilməsinə maneçilik törətdi.
Hazırda göldən çıxarılan duzun tərkibininn çox təmiz (99 8%NaCl) olması Rusiyada istehsal olunan duzun 80%-nin buradan çıxarılmasına səbəb olur. Gölün sahilində Xəzərsahili ovalığın ən hündür yeri olan Böyük Boqdo dağı yerləşir. 1997-ci ildən Boqdo-Baskunçak təbii kompleksi qoruq elan edilib.