Baş ağrıları birincili və ikincili olaraq sinifləndirilir. Birincili baş ağrıları migren və migren olmayan olaraq 2 yerə ayrılır. Migren olmayan baş ağrıları daha çox həyəcanlanma ilə əlaqədar olur.
İkincili baş ağrılarının ən əsas səbəbi hipertenziya, kəllə daxili təzyiqin artışı, damar problemləri, infeksialar, hipoksiya, hipoqlisemiya və dərmalarla əlaqəli ola bilər. Həyəcanlanma ilə əlaqədar baş ağrıları əsasən 20-50 yaş aralığında başlayır. Kadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Stresslə əlaqəlidir. Xroniki və kəskin olaraq iki yerə ayrılır.
Kəskin baş ağrıları: Ağr ayda 15 gündən az , 30dəq.-7gün arası davam edə bilir. Az və orta şiddətli olur. Fiziki yorgunluqla əlaqəsi yoxdur, istirahət zamanı ağrı azalmır. Ürək bulanma yoxdur. Ağrı beyinin hər iki yarımkürəsinə yayılmışdır. Baş dönmə və bulanıq görmə ola bilər.
Xronik baş ağrıları: Ağrı ən az 6 ay və ayda ən az 15 gün davam edir. Demək olarki hər gün beyinin hər iki yarımkürəsinə və ya kəllənin ön tərəfinə yayılmış ağrı olur.