Tornado answered
Eol (küləyin fəaliyyəti) prosesi nəticəsində səhralarda yaranan oraq və ya nal şəklində olan qum təpələri barxan adlandırılır. Küləyin istiqamətindən asılı olaraq külək tutan tərəfdə az meylli əks tərəfdə isə qısa və dik olan təpələrdir. Yerləri sabit olmayıb dəyişə bilir.
Şimali Afrika səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlara rast gəlmk olur. Dünyanın ən hündür barxanı, hündürlüyü 407m olan, İranın Dəşt-i Lüt səhrasında qeydə alınıb.