Vulkan kraterlərinin daxili divarları kimi xarici xarici yamacları da dağılmaya məruz qalır. Bu dağılma həm atmosfer sularının həm də vulkan bombalarının təsiri ilə ola bilər. Vulkan külü ilə örtülmüş olan yamaclar parçalanaraq dərin dar dərələrin əmələ gəlməsinə səbəb olur ki, buna da barrankoslar deyirlər. Barrankos yunan sözü olub "yarğan ", "uçurum " mənasını verir.
Palçıq vulkanlarının yamaclarında da barrankoslara rast gəlinir. Məsələn Kürsəngi, Qalmaz vulkanlarında bunları görmək mümkündür. Əgər vulkan dəniz sahilində yerləşirsə onun dağılması daha sürətlə gedir və dalğa barrankosların içərisinə dolur və nəticədə kraterin divarlarını kəsərək krater gölü ilə birləşir. Bu isə əlverişli limanların əmələ cəbəb olur. Palma adasını buna misal göstərmək olar.