Barmaqlar suda çox qaldıqda niyə büzüşür?
Tornado answered
Çox qab yuduqda vəya suda çox qaldıqda əllərin büzüşməsini hərkəs müşahidə etmişdir.
Əgər hüceyrələriniz tərkibində olan duz məhlulundan daha az duz məhlulunun olduğu suya girsəniz su osmos təzyiqi ilə bədənə daxil olur. Buda dəridəki hüceyrələrin şişməsinə səbəb olur. Hüceyrələr alt təbəqədə olan toxumalara bağlı olduğundan dəridə buna uyğunluşaraq büzüşür.
Suda uzun müddət qaldıqda əllərin büzüşməsi təkcə toxumanın suyu özünə çəkməsi ilə əlaqəli deyil həm də, yaş əşyaları daha yaxşı tutmaq üçün olduğu düşünülür.