Tornado answered
Latın Amerikada, Karib hövzəsində yerləşən dövlətdir. Sent-Lüsiya, Sent-Binsent və Qrenada ölkələrinin yaxınlığında yerləşir. Ölkəyə Barbados adını ispan tədqiqatçısı Pedro Kampos buraya gələrkən gördüyü əncir ağacını “saqqallı adamlara “bənzətdiyindən, bu yeri “los-barbados“ adlandırmışdır. Bu isə ispan dilindən tərcümədə “saqqallılar“ deməkdir.
Paytaxtı və ən böyük şəhəri Brictaun şəhəridir. Adanın səthi hamardır. Ən hündür yeri hündürlüyü 336 m olan Hillabi dağıdır. Adada daimi çay yoxdur. Əsas iqtisadiyyat sahəsi turizm, şəkər istehsalı, informasiya texnologiyaları və maliyyə sahəsidir.
