Banqkok şəhəri haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Tay dilindən tərcümə etdikda "Mələklər şəhəri" mənasını verən Banqkok şəhəri Cənub Şərqi Asiyada yerləşən Tailand Krallığının paytaxtıdır. Şərqin Venesiyası kimi tanınan bu şəhəri Çau Preya çayı iki hissəyə ayırır. Şəhərdə çoxlu sayda budist məbədləri var və şəhərdə olan kanallar ona xüsusi görkəm verir. "Üzən bazar" turistlərin ən çox görmək istədiyi yerlərdəndir.

Banqkok şəhəri çox böyük sürətlə inkişaf edir, buna görə yerli sakinlər onu Sinqapur və Honkonqla müqayisə edirlər.

Subekvatorial iqlim hakimdir. İl boyu isti olub yay və qış temperaturu arasında çox da kəskin fərq olmur. Yağışlar may-oktyabr aylarında düşür. Noyabr ayından aprel ayına kimi quraq keçir. İl ərzində1500 mm yağıntı düşür.

Şəhərin iqtisadiyyatında əsas yeri elektronika məmulatları, avtomobilqayırma, neftemalı, gəmiqayırma kimi sənaye sahələri tutur. İxracatında əsas yeri düyü və balıq məhsulları tutur. Turizm əsas gəlir gətirən sahələrdəndir.

0 points