Bananın vətəni haradır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Banan bütün tropik meşələrdə yayılsa da onun əsas vətəninin Hindistan olduğu və oradan dünyanın digər yerlərinə yayıldığı güman edilir. Qısa gövdəli və iri kökümsovlu nəhəng otdur. Kökdən çıxan iri yarpaqları və salxımşəkilli meyvələri olur. Hər salxımda 300-ə qədər meyvə olur.

Cənubi Amerika ölkələri iri banan ixracatçıları olsalar da oraya banan XVI yüzilliklərdə ispan keşişi Tomas de Berlanka aparıb. Banan əkildiyi ölkələrdə çörək, kartof və əti əvəz edən ucuz və kalorili qidadır. Onu çiy şəkildə həm də bişirib yeyirlər, konserv, marmalad, şərab, un hazırlayırlar. Təzyiqi olan xəstələrdə insult riskini azalda bilir.

0 points