Balıqlar su içirmi?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bütün canlılar fizioloji olaraq sudan istifadə edirlər. Balıqlar şirin suda və duzlu suda yaşayanlar olaraq iki yerə ayrılır. 

Duzlu suda yaşayan balıqların bədənindən çölə doğru bir su ifrazı olur. Duzlu sularda yaşayan balıqlar bunu tənzimləmək üçün davamlı olaraq su içməlidirlər. İçdikləri duzlu sudakı artıq elektrolitləridə qəlsəmələrindən çölə atırlar. Bu daha çox enerji tələb etdiyindən suyu daha yaxşı istifadə edirlər və böyrəklərdən atılan suyu miniuma endirirlər.

Şirin sularda isə bunun tam tərsi olur. Bu balıqlar suyu daha çox çölə atırlar. Balıq pulcuqları bədəni dəridən su girməsinin qarşısını almaq üçündür. Bəzi balıqlarda isə bədənin konsentrasiyası suyun duzluluğuna uyğunlaşır və bədənə daha az su daxil olurki bunuda çox xaric etməyə ehtiyac olmur.

0 points